Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın “Leopard 2” tankının tədarükü barədə razılığa gəlib.
Milletinsesi.az xəbər verir ki, bu barədə ABC telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Polşa, Finlandiya, İspaniya, Hollandiya və Danimarka Ukrayna Silahlı Qüvvələrinə silah təhvil verməyə razılaşan ölkələr sırasındadır. Lakin ölkələr tankları tədarük etmək üçün Almaniyanın icazəsini almalıdır.
Telekanal bildirir ki, Böyük Britaniyanın Ukraynaya 14 “Challenger 2” tankının təhvil verilməsini elan etməsi Almaniyanın “Leopard 2″nin tədarükünə icazə verməsi üçün “simvolik jest”dir.
Akif İsmayılov