
Ukrayna müharibənin 1261-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 060 310 hərbçi, 11 076 ədəd tank, 23 095 ədəd zirehli döyüş maşını, 31 180 ədəd artilleriya sistemi, 1 456 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 203 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 57 605 ədəd avtomobil texnikası, 49 930 ədəd PUA, 3 555 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 936 xüsusi avadanlıq itirib.