Ukrayna müharibənin 1348-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 143 670 hərbçi, 11 316 ədəd tank, 23 525 ədəd zirehli döyüş maşını, 34 162 ədəd artilleriya sistemi, 1 534 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 235 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 66 290 ədəd avtomobil texnikası, 77 052 ədəd PUA, 3 917 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 987 xüsusi avadanlıq itirib.


