Göyçay rayonunun Çərəkə kəndində 2007-ci il təvəllüdlü Əzizova Fidan Rəşid qızının Ağsuya ərə verilməsilə bağlı bəzi təfərrüatlar məlum olub.
Kəndin icra nümayəndəsi Tehran Adıgözəlov Modern.az-a bildirib ki, qız məktəbdən keçən il çıxıb, bu il toy etmək istəyirdilər.
Onun sözlərinə görə, qızın 18 yaşı tamam olandan sonra gəlin köçürəcəkdilər.
İcra nümayəndəsi qeyd edib ki, toy olmayacaq:
“Hazırda qızın atası, anası, babası, nənəsi polis bölməsindədir, onların ifadələri alınır”.
Qeyd edək ki, məsələni hüquq müdafiəçisi Kəmalə Ağazadə ictimailəşdirib.
Elmar Hüseynov