HƏMAS atəşkəslə bağlı şərtini açıqladı

Müharibənin həmişəlik dayandırılması və Qəzzadan çəkilmə ilə bağlı dəqiq mövqeyi olmayan İsraillə heç bir razılaşma olmayacaq.

Millətin Səsi.az xəbər verir ki, bu bəyanatla

HƏMAS-ın üzvü Usamə əl-Həmdan çıxış edib.

Oktyabrın 7-dən bəri həbsdə saxlanılan fələstinlilərin azad edilməsi üçün beynəlxalq ictimaiyyəti İsrailə təzyiq etməyə çağıran Həmdan, İsrail həbsxanalarında saxlanılan fələstinlilərə qarşı insan haqları pozuntularının artmasına diqqət çəkib.

Həmdan bildirib ki, onun Qəzzadakı israilli məhbusların azad edilməsi üçün şərtləri İsrail həbsxanalarındakı fələstinlilərin azad edilməsidir.

Share: