15-19 yaş arasında 2000-dən çox abort qeydə alınıb

15-19 yaş arasında 2000-dən çox abort qeydə alınıb

2022-ci ildə Azərbaycanda 15-19 yaş qrupları arasında 2100 abort qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Onlardan 15-17 yaş aralığında olanların sayı 100, 18-19 yaş aralığında olanların sayı isə 2 min olub.

 

Azərbaycanda 2022-ci ildə ümumilikdə 58 min abort qeydə alınıb ki, onlardan da 14 900-ü mini, 500-ü isə dərman vasitələri ilə aparılan abortlar olub.

Mənbə

Share: