15 deputat Putinin Dumaya müraciətinə buraxılmayacaq

Rusiya Dövlət Dumasının 15 deputatı ölkə prezidenti Vladimir Putinin qanunverici orqana müraciət edəcəyi iclasda iştirak edə bilməyəcək.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, buna səbəb onların COVID-19-a yoluxmasıdır.

 

Bildirilib ki, Putinin müraciəti ilə bağlı bütün deputatlardan koronavirus testi götürülüb. Onlardan 15-nin nəticəsi pozitiv çıxıb.

 

COVID testinin nəticəsi pozitiv çıxarsa, başqa şəxslərin də sözügedən iclasa buraxılmayacağı vurğulanıb.

 

Qeyd edək ki, yaxın müddətdə Putinin Dövlət Dumasına müraciəti gözlənilir.

Mənbə

Share: