15 yaşlı ana körpəsini diri-diri torpağa basdırdı, it tapdı

Tailandın şimal-şərqində it torpağa diri basdırılan körpəni xilas etməyə kömək göstərib.

Azərtac xəbər verir ki, sahibi tərəfindən gəzintiyə çıxarılmış Pinq Ponq adlı köpək qəflətən ulamağa və torpağı eşməyə başlayıb. İtin sahibi yaxına gəldikdə yeni doğulmuş uşağın torpağın altından çıxan ayağını görüb. O, körpəni torpaqdan çıxararaq xəstəxanaya aparıb. Həkimlər uşağı müayinə etdikdən sonra onda ciddi zədə aşkarlamayıb.

Polis körpənin 15 yaşlı anasını tapmağa nail olub. O, valideynlərinin qəzəbindən qorxaraq körpədən canını qurtarmağa çalışdığını etiraf edib. Hazırda ona qarşı adam öldürməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb.

Qızın atası nəvəsini qəbul etməyə hazır olduğunu bildirib.

Share: