17 gün əvvəl itkin düşən qadın tapıldı

Aprelin 15-də itkin düşən Şəki rayon sakini tapılıb.

 

Modern.az-ın xəbərinə görə, rayonun Zunud kəndində yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedən Məmmədova Tünzalə Etibar qızı özü polisə gəlib.

 

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.

 

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Onunla bağlı axtarış elan olunub.

Mənbə

Share: