17 noyabr Vaxtından Əvvəl Doğulmuşlar Günüdür

17 noyabr dünyada Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir.

 

Vaxtından əvvəl doğulmuşlar üçün ilk beynəlxalq məlumatdırma günü Avropadakı qadın və ana təşkilatları təşəbüsü ilə 2008-ci ildə keçirilib.

2011-ci ildən isə hər il 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir.

 

Modern.az xəbər verir ki, beynəlxaql statistikaya görə, hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur və bu da dünyadakı bütün körpələrin hər onundan birini təşkil edir.

 

Bu günün qeyd olunmasında əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.

Mənbə

Share: