175 tondan çox narkotik məhv edilib

175 tondan çox narkotik məhv edilib

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə  Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının yaydığı hesabatda bildirilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 5-6 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilib.

Mənbə

Share: