Salyanda hamilə xəstəxanada dünyasını dəyişib.
Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.