2 əsr əvvəl ölən imperatorun ürəyi göstəriləcək

200 il əvvəl Braziliyanın Portuqaliyadan ayrılaraq müstəqilliyini elan edən və “imperator” adlandırılan Portuqaliya monarxı Dom Pedronun ürəyi sərgi mərasimində nümayiş etdiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Pedro 1834-cü ildə 35 yaşında Portuqaliyada vəfat edib. Onun ürəyi ölkənin Porto şəhərində xüsusi qabda saxlanılır.

 

Portuqaliya hökuməti imperatorun ürəyini üç həftəlik Braziliyaya verməyə razılaşıb.

 

 Akif İsmayılov 

Mənbə

Share: