
Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.
Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.Məhkəmənin növbəti iclası martın 17-ə təyin olunub.
Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.