20 gün əvvəl qızılcaya yoluxan uşaq xəstəxanada öldü

Gəncədə doqquz yaşlı qız xəstəxanada ölüb. 

 

Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qız xəstəxanada ölüb.

 Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub.  İlkin məlumata görə, azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: