Cənubi Afrika Respublikasının (CAR) şimalındakı Limpopo əyalətində əsas yolda tur avtobusu ilə nağd pul daşıyan mikroavtobus toqquşub.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 68 nəfər isə yaralanıb.
Qəzadan sonra avtobus körpüdən çaya yuvarlanıb. 3 nəfərin yol kənarında, 16 nəfərin isə çayın qırağında meyiti tapılıb. Müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırıldığı təsdiqlənən 69 sərnişindən biri sonradan dünyasını dəyişib.
Polisin qəza ilə bağlı vəziyyəti araşdırdığı və hadisənin baş verdiyi əraziyə güclü yağış yağdığı bildirilib.