Niderland yığmasının müdafiəçisi Matteys de Liqt Avro-2020-nin seçmə mərhələsində Şimali İrlandya ilə oyunda yeni rekorda imza atıb.
Qol.az xəbər verir ki, 20 yaşlı futbolçu yığmada 20-ci oyununa çıxıb. O, Niderland tarixində bu saya çatan ən gənc oyunçu olub.
Qeyd edək ki, De Liqt 2017-ci ildən “narıncılar”a dəvət alır.