20 yaşlı gənc özünü asdı 

20 yaşlı gənc özünü asdı 

Qubada 20 yaşlı gənc intihar edib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cadarı kəndində qeydə alınıb.

 

Belə ki, rayon sakini 2003-cü il təvəllüdlü Zümreddin Əlixanovun meyiti yaşadığı evin həyətində ağacdan asılı vəziyyətdə tapılıb.

 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

 

İntiharın dəqiq səbəbləri araşdırılır.

Mənbə

Share: