2019-cu ilin ən zəif şifrləri məlum olub

“NordPass” şifr meneceri internet istifadəçiləri tərəfindən öz hesablarının qorunması məqsədilə istifadə edilən ən zəif şifrlər haqqında məlumat veriblər.

Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, müstəqil tədqiqatçılar məlumat itkisi səbəbindən açıq girişdə olan 200 ən populyar şifrdən ibarət siyahı tərtib ediblər. Məlumat bazası 500 milyon müxtəlif kod variasiyasından ibarətdir.

“Biz artıq bu barədə məlumat vermişik və yenə təkrar deyirik. Şifrlərin yaradılması çox vacibdir. Lakin indiyədək “12345” şəklində şifrlər yaradan milyonlarla insan buna əhəmiyyət vermir” – dekabrın 11-də menecerin saytında dərc edilmiş məlumatda belə deyilir.

Ən populyar şifrlər 1-dən 9-dək rəqəmlərin kombinasiyası (məsələn, “12345”), qadın adları (Nikol, Cessika, Hanna), klaviaturada üfüqi, şaquli və ya diaqonal yerləşmiş hərflərin yığımından (məsələn, “1qaz2wsx” və “asdfghjkl”) ibarətdir. Mütəxəssislər bildiriblər ki, 830846 istifadəçi “password” şifrindən istifadə edir.

Təxminən 350 min nəfər öz fərdi məlumatlarını qorumaq üçün “qwerty”, 170 mindən çox istifadəçi isə “iloveyou” şifrindən istifadə edir.

Mütəxəssislər hesab edirlər ki, yuxarıda göstərilən siyahıdakı şifr seçiminin əsas səbəblərindən biri odur ki, onları yadda saxlamaq daha asandır. Bu halda bir çox istifadəçilər bütün hesablar üçün eyni paroldan istifadə edirlər ki, bu da bütün hesabları təhlükə qarşısında qoyur.

Share: