207,8 min manat ƏDV məbləği geri ödənilib

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (“www.edvgerial.az”) artıq 264 min nəfər qeydiyyatdan keçib.

Dövlət Vergi Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, bu ilin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb.

Həmin çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib. Məbləğlər istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.

Share: