21 nəfərin yaralandığı qəza ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Goranboyda baş verən yol nəqliyyat hadisəsində ölən olmayıb.

Milletinsesi.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, Goranboyda qeydə alınan qəzada iki nəfər yüngül xəsarət alıb.

Qəza nəticəsində ölüm və ağır yaralanma faktı yoxdur.

Sözügedən qəza ilə bağlı daha bir açıqlama isə yaralıların aparıldığı xəstəxanadan verilib.

Açıqlamada deyilir:

“Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan üç nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.

Yaralıları vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir. 21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar”.

***

Goranboyda mikroavtobusun aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

Musavat.com “Report”a istinadən xəbər verir ki, fəhlələri daşıyan mikroavtobusun Qaramusalı kəndində aşması nəticəsində xəsarət alanların 15-nin vəziyyəti kafi və orta-ağır, digər 9 nəfərin vəziyyəti isə qənaətbəxş və normal hesab olunur.

Qəza zamanı 2005-ci il təvəllüdlü S.Əhmədov, 2004-cü il təvəllüdlü M.Həsənli, 2009-cu il təvəllüdlü A.Bayramova, 1963-cü il təvəllüdlü Q.Nəbiyeva, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 2007-ci il təvəllüdlü A.Bayramova, 2002-ci il təvəllüdlü S.Tağıyeva, 1978-ci il təvəllüdlü İ.Tağıyeva, 1983-cü il təvəllüdlü G.Hacıyeva, 1987-ci il təvəllüdlü T.Allahverdiyev, 1971-ci il təvəllüdlü R.Mahmudova, 1966-cı il təvəllüdlü N Muradova, 1986-cı il təvəllüdlü G.Zeynalova, 1974-cü il təvəllüdlü G.Baxışova, 1975-ci il təvəllüdlü Z.Mahmudova, 1976-cı il təvəllüdlü V.Qarayeva, 1973-cü il təvəllüdlü A.Zeynalova, 1967-ci il təvəllüdlü İ.Şükürova, 1998-ci il təvəllüdlü M.Baxışova, 1970-ci il təvəllüdlü İ.Nuruyev, 1987-ci il təvəllüdlü G.Quliyeva, 1991-ci il təvəllüdlü E.Tağıyev, 2001-ci il təvəllüdlü S.Həsənzadə və E.Qarayeva xəsarət alıblar.

Qeyd edək ki, xəsarət alanların bəzilərinin üzərinə qaynar su dağılıb və yanıq xəsarətləri alıblar. Onlardan E.Qarayevanın vəziyyəti ağırdır, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Share: