25 milyon insan buna hazır olmalıdır- Professor

İstanbulda gözlənilən böyük zəlzələ 25 milyondan çox əhalisi olan bütün Mərmərə bölgəsini əhatə edəcək və ətrafdakı 4-5 vilayətin sakinləri buna hazır olmalıdır.

Millətin Səsi.az  xəbər verir ki, bunu İstanbul Bələdiyyəsinin Zəlzələ Problemləri üzrə Elm Adamları Şurasının üzvü, seysmologiya professoru Haluk Eyidoğan deyib.

“Episentri Mərmərə dənizində olan zəlzələlər zamanı vurğulamalıyıq ki, söhbət regional fəlakətdən gedir – təkcə İstanbul deyil, Bursa, Çanaqqala, Tekirdağ, Kocaeli, Yalova əyalətləri də təsirlənəcək. Bu əyalətlərin, xüsusən də sahilyanı ərazilərin sakinləri zəlzələyə hazırlıq və dayanıqlı binaların tikintisi ilə bağlı narahat olmalıdır”, – o bildirib.

Share: