
Azərbaycan və Ermənistan xalqına müharibə lazım deyil və onların davamlı sülhə həmişəkindən daha çox ehtiyacı var. Bizə heç bir aidiyyəti olmayan maraqlara xidmət etdiyimiz bu müharibədən bezmişik.
Millletinsesi.az xəbər verir ki, bunu erməni siyasi müşahidəçi David Stepanyan deyib.
“26 il ərzində Rusiya üçün “Dağlıq Qarabağ”da status-kvonu saxladıq. Və bunu minlərlə insanın həyatı bahasına dəstəklədik. Bu barışığa qədər bizim və azərbaycanlıların nə qədər insan itirdiyini hesablayan olub? Biz 1994-cü ildə atəşkəs zamanı ölümcül səhvə yol verdik və sülh müqaviləsi imzalamadıq. Bunda israr etmədik, ancaq qalib tərəf kimi bunu edə bilərdik”, – o bildirib.