2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub – Azəristiliktəchizat

Ötən illərlə müqayisədə “Azəristiliktəchizat” ASC-yə müraciətlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib. Onun sözlərinə görə, 10 il əvvəl bəzi ev və obyektlər istilik üçün quruma müraciət etməkdə maraqlı deyildilər:

“Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində yüzlərlədir”.

İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var:

“Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500-dən artıq yaşayış binasında, 400-dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub”.

Share: