1992-ci il mayın 8-də Azərbaycanın baş tacı olan Şuşa erməni terrorçuları tərəfindən işğal edilmişdi.
28 il müddətində bu tarix Azərbaycanın yeni tarixinin ən dəhşətli ağrısı olaraq yad edilirdi.
Hər il bu tarixi “Şuşanın işğal olunduğu gündür” başlığı ilə təqdim edirdik.
Tam 28 il bu cür xəbərlərlə 8 mayı təqdim etmiş və ağrınmışdıq, ağlamışdıq.
Bu gün isə 28 ildən sonra ilk dəfədir ki, bu tarixi Azad Şuşa ilə qarşılayırıq!
Bu işğal tarixini tarixin qaranlıq küncünə atan Şanlı Ordumuzla fəxr edirik!
Bu gün Şuşanın azadlığı uğrunda canlarını verən Qəhrəmanlarımızı bir daha anır, onları heç bir vaxt unutmayacağımıza Şuşa andı veririk!
Bu gün 28 ildən sonra, 29-cu ildə fəxarətlə Şuşanın azad olduğunu bir daha paylaşırıq!
Bu gün Ali Baş Komandanın Şuşa sevgisini bir daha elan edirik:
Əziz Şişa, Sən Azadsan!
Əziz Şuşa, Sən Bizimsən!
Əziz Şuşa, səni bir daha düşmənə verməyəcəyik!