“29 min 743 kv.km ərazidən kənarda Ermənistan Respublikasının heç bir istiqamətdə heç bir iddiası yoxdur: nə cənubda, nə qərbdə, nə şimalda, nə də şərqdə. Və hesab edirik ki, biz öz suverenliyimizi, müstəqilliyimizi məhz bu əsasda qurmalı və inkişaf etdirməliyik”.
Millətin Səsi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikiol Paşinyan Britaniya mətbuatına geniş müsahibəsində bildirib.
O deyib ki, son 5 ay ərzində Ermənistan Azərbaycanla iki böyük razılaşma əldə edib:
“Bütövlükdə hesab edirəm ki, sülhün bərqərar olması həm beynəlxalq ictimaiyyətin, həm də xarici investorların maraqlarına uyğundur. Amma təbii ki, sülhdən ilk faydalananlar Ermənistan və Azərbaycan xalqlarıdır”.
Paşinyan deyib ki, iki ölkənin sərhədlərinin delimitasiyası ilə bağlı komissiyaların ötən cümə günü əldə etdiyi razılaşmalar sabitliyə böyük töhfə verə bilər.
Erməni baş nazirin sözlərinə görə, rəsmi İrəvan delimitasiya prosesində qəbul edilən qərarlarla səmimiyyətini nümayiş etdirib:
“Biz qeyd etmişik ki, Ermənistan Respublikası hökuməti öz səlahiyyətləri çərçivəsində elə addımlar atmağa hazırdır ki, Azərbaycan kəndlərində, xüsusən də söhbət 4 boş kənddən gedir – Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrımda – insanların yaşamağı mümkün olsun.
Amma biz onu da bildiririk ki, eyni proses nəticəsində Ermənistanın həmin bölgədəki Bağanis, Voskepar, Kirants, Berkaber kəndlərində insanların stresssiz yaşaması eyni dərəcədə mümkün olmalıdır ki, onlar öz evlərində həyat sürsünlər, ailə qursunlar, təhlükəsizlik baxımından qorxmadan uşaq sahibi olsunlar…
… İnanıram ki, bu, həm Ermənistan, həm də Azərbaycan cəmiyyəti arasında sülhə inamı artıracaq və nəticədə müəyyən etimad toplanacaq. Tərəflər arasında dərin inamsızlıq olduğunu bildirmək lazımdır”.
Paşinyan delimitasiya komissiyalarının sədrləri – baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryana apardıqları işə görə minnəttdarlığını da bildirib.