294 ölü, 1000-dən çox yaralı

Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

 

“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, – məlumatda deyilir.

 

Hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunduğu bildirilib. Xəstəxanaya aparılmış 100-ə yaxın yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Hindistan Dəmir Yolları Nazirliyindən bildirilib ki, artıq hadisə yerində bərpa işləri aparılır.

 

Qeyd edək ki, Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam saatlarında baş verib. Üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.

Mənbə

Share: