Suriyanın yeni parlamentinin tərkibinə 3 erməni deputat daxil olub.
Axar.az xəbər verir ki, bu məlumatı ermənilərin “Qanzasar” qəzeti yayıb.
Məlumata görə, parlamentə seçilən deputatlar Jirayr Rəisyan, Luisi İskenyan və Nora Arisyan olub. İlk iki şəxs Hələbdən, Arisyan isə Dəməşqdən parlamentə deputat seçilib.