
Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.
Moderator.az Haber Globala istinadla xəbər verir ki, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.
Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.
Bölgəyə 50-yə yaxın xilasedicinin gələrək 17 maşınla müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.
Yanğının baş verdiyi bina və ətrafdakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib.
Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.