
Azov dənizində mayeləşdirilmiş qaz daşıyan üç tanker Kerç boğazından Qara dənizə keçmək üçün icazə gözləyir.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, gəmilər Krım və Taman yarımadaları arasındakı körpünün altından – Kerç boğazından təhlükəli yüklərin keçməsinə qoyulan məhdudiyyətlər səbəbindən Azov dənizini tərk edə bilmir.
Qeyd edək ki, körpü Ukrayna ərazisi olan Krımın 2014-cü ildə Rusiya tərəfindən ilhaqından sonra tikilib. Son müharibədə körpü partladılmışdı.