30 il gizlənən mafiya liderinin saxlanılma anı

30 il gizlənən mafiya liderinin saxlanılma anı

İtaliyalı mafia başçısı Matteo Messina Denaronun saxlanılma anının görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, görüntüləri “Mail Online” nəşri yayıb.

 

Mafia başçısının saxlanılma videosunu təqdim edirik:

 

***

13:00

 

İtaliyada 30 ildir axtarışda olan mafiya başçısı həbs olunub.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

 

Belə ki, məşhur mafiya liderlərindən olan Matteo Messina Denaro saxlanılıb. O, 1993-cü ildə axtarışa verilib.

 

Uzun müddət axtarışda olanların siyahısında ən təhlükəli şəxslərdən biri hesab olunan Denaro hüquq-mühafizə orqanlarından 30 il müddətində yayınmağı bacarıb.

 

Hazırda onunla bağlı hüquqi prosedurlar davam edir.

Mənbə

Share: