32 yaşlı dekan müavini dənizdə boğuldu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekan  müavini Tural Qasımov dənizdə boğulub.

“Millətin Səsi.az”-ın  məlumatına görə, universitetdən “qafqazinfo”ya bildirilib ki, biologiya üzrə fəlsəfə doktoru olan T. Qasımov Kimya və Biologiya fakültəsinin dekan müavini olub.

32 yaşlı T. Qasımov subay imiş. Mərhum dünən Ramana qəbiristanlığında dəfn olunub.

Share: