330 Rusiya vətəndaşı Ermənistan vasitəsilə təxliyə edilib

330 Rusiya vətəndaşı Ermənistan vasitəsilə təxliyə edilib

Yaxın Şərqdə silahlı döyüşlərin başlanmasından bəri 330-a qədər Rusiya vətəndaşı Ermənistanın ərazisi vasitəsilə İrandan təxliyə edilib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı məlumatda bildirilib:

“ABŞ-İsrailin İrana qarşı təcavüzü başlayandan indiyədək 327 Rusiya vətəndaşı Ermənistan vasitəsilə Rusiyaya qayıdıb”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.İranın iri şəhərləri, o cümlədən Tehrana zərbələr endirilib. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb.

Share: