38 yaşlı kişinin meyiti tapıldı 

Ötən gecə saatlarında Qəbələ rayonunun Vəndam qəsəbəsində 1984-cü il təvəllüdlü Ziya İbrahimovun meyiti aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern az-a verilən məlumata görə, o, həmin ünvanda kirayədə yaşayırmış.

 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: