4 mindən çox təhsil müəssisəsi dezinfeksiya olunub

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.

Təhsil Nazirliyindən bildiriblər ki, artıq 4 min 250 təhsil müəssisəsində dezinfeksiya işləri yekunlaşdırılıb.

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Share: