40 min suriyalı ruslar üçün ayda min dollara döyüşəcək

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya könüllü döyüşçülərini dəvət edə  biləcəyini elan etdikdən sonra Suriyadan 40 mindən çox döyüşçü Ukraynadakı işğalçı qüvvələrə qoşulmaq üçün müraciət edib.

Millətin Səsi.az  xəbər verir ki,  Ukraynaya getmək üçün müraciət edən döyüşçülərə aylıq 1100 dollar maaş və əlavə ödənişlər vəd edildiyini iddia edilir. Müvafiq olaraq, Rusiya qüvvələrinə qoşulan suriyalı döyüşçülərinə  yaralandığı halda  7700 dollar, qarşıdurmada həyatını itirdikləri təqdirdə isə ailələrinə 16500 dollar təzminat veriləcəyinin vəd edildiyi bildirilib.

Qeyd edək ki, hərbçilərin maaşlarının 15-35 dollar arasında olduğu Suriyada müraciətlərin artmasının əsas səbəbinin pul vədləri olduğu düşünülür.

Mənbə:CNN türk

Share: