43 yaşlı aktyor 28 yaşlı modellə gizli şəkildə evlənib

Rusiyalı aktyor Andrey Çadov 28 yaşlı model Anastasiya Vinoqradova ilə gizli toy haqqında şayiələri təsdiqləyib. 

 

O, bu barədə jurnalistlərə açıqlama verib. 

 

43 yaşlı aktyor bildirib ki, evlilik ən yaxın insanların iştirakı ilə dar çərçivədə baş tutub. 

 

“Xoşbəxtlik susmağı sevir. Bunlar sadəcə sözlər deyil. Bizim şənliyimizdə yalnız onun və mənim valideynlərim var idi. Qardaşım isə sevgilisi ilə gəldi”, deyə sənətçi bildirib.

 

Bu açıqlamadan bir neçə ay əvvəl Çadovun toyu ilə bağlı söz-söhbətlər yayılmışdı. 

 

Sənətçi toy şənliyinin səs-küylü keçirilməsini istəmədiyini də bildirib:

 

“Toyumuz sakit və mətbuatsız keçdi. Mən çox ictimai adam deyiləm, məclislərə getmirəm – orada özümü narahat hiss edirəm və boş söhbətlərə vaxt itirmək üçün heç bir səbəb görmürəm. Nastya isə bu işdə məni dəstəkləyir”, deyə Çadov bildirib.

 

43 yaşlı aktyor daha əvvəl müğənni və aktrisa Svetlana Svetikova ilə görüşüb və heç vaxt ailə həyatı qurmayıb.

Mənbə

Share: