Erməni faşizmi üzərində qəhrəman Silahlı Qüvvələrimizin Zəfər çalmasının üçüncü ildönümünü qürurla qeyd etməkdəyik. Bu tarixi Qələbənin şəriksiz müəllifi Möhtərəm Cənab Prezident İlham Əliyevi onunla bütün anlarda olduğu kimi, 44 Günlük müharibə günlərində də bərabər olan, öz duaları ilə ordumuza uğurlar diləyən, qələbə arzulayan Mehriban xanım Əliyevanı, bütün Silahlı Qüvvələrimizi və 50 milyonluq xalqımızı səmimi qəlbdən təbrik edirəm.
Onilliklər boyu ayrı-ayrı dövlətlərin hərtərəfli köməyi və himayəsilə faşist xislətli ermənilər torpaqlarımızı işğal edib qondarma dövlətini yaratmış və bu saxta dövlətin ərazisini torpaqlarımız hesabına genişləndirməyi dayandırmamışlar. Keçən əsrin 90-cı ilərində yaranan situasiyadan bəhrələnən və Yeltsin Rusiyasının, Qərbin, İranın himayəsinə arxalanıb torpaqlarımızı işğal edərək, onu yerlə-yeksan edən erməni vəhşiliklərinə nəhayət son qoyuldu.
44 günlük müharibə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Zəfərimizin təminatçısı və arxitektoru olan Müzəffər Ali Baş Komandan, Möhtərəm cənab prezident İlham Əliyev öz qətiyyəti, yüksək diplomatik və sərkərdəlik bacarığı ilə adını əbədi olaraq xalqımızın tarixinə həkk etdirdi.
Müharibə bitdikdən sonra Zəfərimizi həzm edə bilməyən dünya erməniliyi ilə bərabər, onu bu günə qədər də himayə edən Fransa və onun kimi bir sıra dövlətlər bütün Beynəlxalq platformalarda hələ də Ermənistanı müdafiə etməkdədirlər.
Müharibə günlərində olduğu kimi, ondan sonra da Möhtərəm cənab Prezident ölkəmizə qarşı təhdidlərini davam etdirən beynəlxalq güclərə qarşı diplomatik müstəvidə gərgin mübarizəsini qətiyyətlə davam etdirmiş və gün də davam etdirməkdədir.
Ölkəmizə qarşı bütün ədalətsizlikləri, riyakarlığı davam etdirən dünya erməniliyi və onları müdafiə edən qüvvələr Zəfərimiz qarşısında aciz durumdadılar.
23 aprel 2023-cü il Laçın sərhəd buraxılış məntəqəsinin yaradılması ərazi bütövlüyümüzü, 20 sentyabr 2023-cü il separatçı-xunta rejiminin və Ermənistan quldur dəstələrinə qarşı həyata keçirilən 24 saatlıq anti-terror tədbirləri bütün Qarabağda suverenliyimizi təmin etdi. Oktyabrın 15-də Müzəffər Ali Baş komandanın öz əllərilə Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə və Əsgəranda bayrağımızı ucaltmağı ümumxalq bayramına çevrildi.
Tamamilə əminəm ki, yaxın zaman kəsiyində bütün torpaqlarımızda quruculuq və bərpa işləri başa çatacaq və soydaşlarımız doğma yurdlarına dönəcək, illərin həsrətinə son qoyulacaqdır.
Bir daha Bayramımız mübarək, əziz həmvətənlər!