5-ci qrupa sənəd verən abituriyent və subbakalavrların sayı açıqlandı

Bu il 11 489 abituriyent, 2597 subbakalavr yalnız 5-ci qrupa sənəd verib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib.

N.Əliyev qeyd edib ki, 46 280 nəfər isə 1-4-cü qrupla yanaşı, 5-ci qrupu da seçiblər. Onun sözlərinə görə, 5-ci qrupda qabiliyyət imtahanları tələb edən ixtisaslar olsa da, bu il pandemiya ilə əlaqədar bəzi ixtisaslara qəbulda dəyişiklik edilib:

“Müəllimlik – Təsviri incəsənət, musiqi müəllimi, fiziki tərbiyə müəllimliyi üzrə qabiliyyət imtahanları ləğv edilib. Bu il məşqçilik ixtisasına da qabiliyyət imtahanı tələb edilmir. Dizayn ixtisası üzrə bəzi universitetlərdə qabiliyyət imtahanları tələb edilir, bəzilərində bu tələb yoxdur”.

Share: