Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşrut xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı qarşısında tələb qoyub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabr ayında istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşrut xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq.