550-ə yaxın “musiqiçi”attestasiyadan keçə bilmədi

Son iki ayda 493 musiqi müəllimi attestasiyadan keçə bilməyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlayıb:

“2025-ci ilin fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir. Attestasiyadan uğurla keçmiş 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib”.

Həmçinin qeyd olunub ki, 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib.

“Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib”.

Share: