“Az-az alın, hamıya çatsın”-Rusiyada ərzaq qıtlığı

Rusiyanın ərzaq  mağazalarında rəflər boşalır. Mağaza sahibləri rəflərin üstünə “Az-az alın! Əsas odur hamıya çatsın!! sözləri yazılmış elanlar yerləşdirib. Bir çoc məşhur ərzaq  mağazaları şəbəkələri adama bir ədəd olmaqla ərzaq satır. Bu barədə BBC Rusiyada yaşayan oxucuların göndərdiyi məlumatlar və fotolar əsasında yazır.

Belə ki, fotoların birində bir adama 2 ədəddən çox təmizləyici vasitə satılmadığı bildirilir. Tez hazırlanan əriştə və ət konservləri isə bir adama ancaq 10 ədədə qədər olmaqla satılır.

Belə ki, fotoların birində bir adama 2 ədəddən çox təmizləyici vasitə satılmadığı bildirilir. Tez hazırlanan əriştə və ət konservləri isə bir adama ancaq 10 ədədə qədər olmaqla satılır.

  • Məşhur “Maqnit” mağazasında isə  qənd, qarabaşaq və toyuğu bir adama ancaq 5 ədəd satırlar. Mağaza sahibləri bunu adamların panikaya düşüb çox sayda ərzaq almaq istəyi ilə izah edib.

“Perekryostok” adlı mağazada da malların satışına məhdudiyyət qoyulub. Amma mağaza əməkdaşları bunu  alıcıların tələbatının artması ilə izah edərək bildiriblər ki, sadəcə onlar malları anbardan zala gətirməyi çatdırmırlar.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Sənaye Ticarət Nazirliyi də mağaza sahiblərinə bir çox kateqoriyadan olan məhsulların satışına məhdudiyyət qoymağa rəsmi icazə verib. Bu barədə TASS məlumat yayıb.

Anews.az

Share: