Moskva yaxınlığındakı Domodedovoda biznesmen başından güllələnib/
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti İstintaq Komitəsinin Moskva yaxınlığındakı mərkəzi ofisinə istinadən məlumat yayıb.
“İstintaqın ilkin məlumatlarına görə, noyabrın 15-də Domodedovo şəhərinin Orexovaya küçəsində “Mercedes-Benz” markalı avtomobilin salonunda başından güllə yarası almış 63 yaşlı iş adamının meyiti tapılıb. Qətl faktı ilə bağlı cinayət işi açılıb”, – nazirliyin məlumatında deyilir.
İstintaq “müxtəlif versiyaları” nəzərdən keçirir, təfərrüatlar hazırda açıqlanmır. İş adamının adı açıqlanmır.
Cinayətkarın hələ də tapılmadığı bildirilib.