65 saat sonra 3 yaşlı uşaq xilas edildi

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, 3 yaşlı Elif Perinçek adlı qız zəlzələdən 65 saat sonra dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, bundan öncə 14 yaşlı qız 58 saat sonra dağıntılar altından sağ çıxarılıb.

 

Share: