Noyabrın 29-u saat 06:10 radələrində Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində avtomobil piyadanı vurub.
Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən “RR Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.