70 karat çəkidə olan almaz daşına “Saxalin” adı verilib

Rusiyada 70 karat çəkidə olan almaz nümayiş etdirilib.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Dövlət Qiymətli Metal və Daşlar Fondunun Formalaşdırılması İdarəsi 70 karat çəkidə olan almaz daşını Saxalin adasının şərəfinə adlandırıb. Çəkisi Saxalinin ərazisinə (76 min kvadratkilometr) uyğun olan qiymətli daşa adanın adı verilib. Saxalində keçirilən sərgidə təqdim olunmuş qiymətli daş Rusiya Almaz Fondunda saxlanılacaq.

Qeyd edək ki, dünyada 20 karatdan artıq çəkisi olan iri almaz daşlarına adlar verilməsi ənənəsi mövcuddur. Rusiya Almaz Fondunda saxlanılan ən böyük almaz daşının çəkisi 342,57 karatdır. 1980-ci ildə tapılan daşa “Sovet İttifaqı Kommunist Partiyasının XXVI qurultayı” adı verilib.

Share: