
150 min şagirddən 70 mini mətni oxuyub dərketmədə çətinlik çəkir.
Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
“Biz bunu müəllimlərlə müzakirə edəcəyik ki, təlimlərdə bu məsələyə diqqət yetirsinlər”, – deyə nazirlik rəsmisi vurğulayıb.
