
Bu gün hər bir azərbaycanlı fəxr və qürurla deyə bilər ki ölkəmiz dünyada ən sürətlə inkişaf edən, eləcədə bütün sahələrdə yeniləşən dövlətdir. Günü-gündən güclənən ölkəmiz bir çox beynəlxalq tədbirlərə hər zaman ev sahibliyi etmişdir. Bu isə ölkəmizin nüfuzunun və qüdrətinin ən bariz göstəricisidir.
Bu cür mötəbər tədbirlərdən biri də oktyabr ayının 2-də Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresidir. Sevindirici haldir ki, ölkəmiz 50 ildən sonra yenidən konqresin keçirilməsinə ev sahibliyi edir. Xatırladaq ki, bu tədbir ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edilib.
Azərbaycan artıq demək olarki 10 ildən çoxdur ki beynəlxalq kosmik ailənin üzvüdür.
Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bildirib ki, ’’Bu gün ölkəmiz 2 telekommunikasiya peykinə və 1 Yer səthini müşahidə peykinə sahibdir. Hər 3 peyk azərbaycanlı mütəxəsislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycanda deyil 45-dən çox ölkədə xidmət göstərirlər. Ölkə başçısı onuda bildirdi ki, konqresin Bakıda keçirilməsi Azərbaycanda kosmik sahənin və qabaqcıl texnologiyaların inkişafına, modernləşdirilməsinə xidmət edəcək.
Dövlət başçısının 2022-ci il 7 fevral tarixli sərəncaminda kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq ölkəmiz Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Həmçinin sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib.
Konqresin sərgi pavilyonunda 36 ölkədən 150 şirkət təmsil olunub. Tədbirdə həmçinin dövlət sektorunun, kosmik agentliklərin, investorların və özəl kosmik şirkətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 74-cü Beynəlxalq Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Hətta sponsorluq paketinin satışı üzrə Bakı konqresi Almaniya, Avstraliya, BƏƏ və Fransada keçirilən konqresləri geridə qoyub. Ümumilikdə konqresin 30-dan çox sponsoru var. Xatırladaq ki, Bakıda Beynəlxalq Astronavtika Konqresi 6 oktyabr tarixinədək davam edəcək.
Təhminə Qafarova,
Bərdə rayon Xəsili kənd tam orta məktəbin direktoru