Azərbaycanda fəaliyyət göstərən 10 siyasi partiya ötən ilin maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib.
Milletinsesi.az bildirir ki, 2022-ci ilin 8 ayı geridə qalsa da, cəmi 48 partiya hesabatını MSK-ya göndərib, yerdə qalan 10 partiyadan isə hələ xəbər yoxdur.
Hesabat verən partiyaların siyahısı:
-
- Yeni Azərbaycan Partiyası
-
- Azərbaycan Milli İstiqlal Partiyası
-
- Azərbaycan Ümid Partiyası
-
- Müsavat Partiyası
-
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
-
- Milli Cəbhə Partiyası (MCP)
-
- “Milli Vəhdət” Partiyası
-
- Böyük Azərbaycan Partiyası
-
- “Qorqud” Partiyası
-
- Böyük Quruluş Partiyası
-
- Azərbaycan Demokratik Maarifçilik Partiyası
-
- Müasir Musavat Partiyası
-
- Azərbaycan Xalq Partiyası
-
- Vətəndaş və İnkişaf Partiyası
-
- Müstəqil Xalq Partiyası (MXP)
-
- “Ana Vətən” Partiyası (AVP)
-
- Demokratik İslahatlar Partiyası
-
- Azərbaycan Tərəqqi Partiyası
-
- Vətəndaş Həmrəyliyi Partiyası
-
- “Ədalət” Partiyası
-
- Milli Dirçəliş Hərəkatı Partiyası
-
- Azərbaycan Liberal Partiyası
-
- Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
-
- Azərbaycan Respublikaçılar Partiyası
-
- Milli Həmrəylik Partiyası (MHP)
-
- Aydınlar Partiyası
-
- Cümhuriyyət Xalq Partiyası (CXP)
-
- Azərbaycan Kommunist Partiyası
-
- Azərbaycan Təkamül Partiyası
-
- “Birlik” Partiyası
-
- Azərbaycan Sosial Demokrat Partiyası
-
- Ağ Partiyası (AĞP)
-
- Milli Konqres Partiyası
-
- Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
-
- Vəhdət Partiyası
-
- Yeni Zaman Partiyası (YZP)
-
- Respublikaçı Alternativ (REAL) Partiyası
-
- Azərbaycan Milli Demokrat Partiyası
-
- Milli Demokrat İdrak Partiyası
-
- Vətəndaş Birliyi Partiyası
-
- Azərbaycan Sosial Rifah Partiyası
-
- Azərbaycan Azad Respublikaçılar Partiyası
-
- Gələcək Azərbaycan Partiyası (GAP)
-
- Klassik Xalq Cəbhəsi Partiyası
-
- Azərbaycan Demokrat Partiyası
-
- Azad Demokratlar Partiyası (AzDP)
-
- “Azərbaycan Mübarizləri” Partiyası
-
- Vahid Azərbaycan Milli Birlik Partiyası
Hesabat verməyən partiyaların siyahısı
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
Müstəqil Azərbaycan Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Vətənpərvərlər Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Azadlıq Partiyası
Haqq Ədalət Partiyası (HƏP)
Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməyiblər. MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qaydalara əsasən, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir.
Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.