800-dən çox tibb işçisi evinə yaxın iş istəyir-TƏBİB

“Evimə yaxın iş” layihəsinin icrası uğurla davam etdirilir.

TƏBİB-dən Millətin Səsi.az-a verilən məlumata görə, indiyədək layihəyə 800-dən çox tibb işçisi müraciət edib.

İlkin dəyərləndirmələrə əsasən, mövcud vəziyyət müsbət qiymətləndirilir və gələcək mərhələlərdə layihənin daha da genişləndirilməsi üçün işlər davam etdirilir.

Qeyd edək ki, layihənin əsas məqsədi tibb işçilərinin iş yerlərini yaşayış yerlərinə yaxınlaşdırmaq, onların əmək şəraitini daha da yaxşılaşdırmaqdır.

Bu layihənin Bakı yollarındakı tıxacın qarşısını almağa da yardım edəcəyi gözlənilir.

Share: